Azərbaycanın qeyri-neft-qaz ixracı 2 faizdən az artıb
İxrac icmalının dekabr ayı üçün ilkin rəqəmləri açıqlanıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr ayı üçün ilkin rəqəmlərini təqdim edib.
İcmala əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində aqrar məhsullar 4,4% artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
16 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
33 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
40 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc













.jpg)








.jpg)




