Kritik məlumata bir neçə saat qalmış Dollar ucuzlaşır
Qlobal bazarlar, bu gün Bakı vaxtı saatı 17:30-da ABŞ-da Dekabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq hesabatını (NFP) və işsizlik nisbəti məlumatını gözləyir. "Marja" xəbər verir ki, bu göstəricilərin, Fedin faiz artırdığı Dekabr iclasının ardından əhəmiyyəti artıb.
GÖZLƏNTİLƏR
Noyabr ayında 178 min məşğulluq artımı və 4,6 faiz işsizlik nisbəti qeyd edilmişdi.
Dekabr ayı üçün iqtisadçıların gözləntisi 175 min artımdır. İqtisadçılardan gələn ən yüksək proqnoz 221 min, ən aşağı proqnoz isə 125 mindir.
İşsizlik nisbətinin isə 4,7 faiz səviyyəsinə yüksəlməsi gözlənilir.
NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?
Fed-in Dekabr ayındakı faiz artırmasından sonra ilk, Obama dövründə açıqlanacaq son kənd təsərrüfatı xaric məşğulluq göstəricisidir. Fed-in faizi artırdığı Dekabr ayının protokolları məşğulluğun rəsmilər üçün əsas məsələlərdən biri olduğunu göstərmişdi. İşsizlik nisbəti geriləməyə davam edərkən FOMC üzvləri məşğulluq bazarında həddən artıq "qızma" baş verib vermədiyini müzakirə edir.
FED ÜÇÜN NƏ QƏDƏR YETƏRLİDİR?
Fed, məşğulluq bazarının gəldiyi nöqtədə həddindən artıq "qızmasından" narahatdır. Bəzi iqtisadçılar Dekabrda sərt qış şəraiti səbəbindən kənd təsərrüfatı xaric məşğulluq artımında zəif nəticə gözləyirlər, ancaq Yellen aşağı rəqəmlər çıxsa belə vəziyyətin güclü olduğu fikrindədir. Fed sədri, ABŞ iqtisadiyyatının ayda 100 min yeni məşğulluq yaratmasının yetərli olduğunu söyləmişdi. Fed rəsmisi Uilyamsa görə isə 80 min də kifayətdir.
DOLLAR UCUZLAŞIR
Dünya valyuta birjalarında dolların qiyməti ucuzlaşmaqda, digər valyutalar isə bahalaşmaqda davam edir. Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın dekabr ayı üzrə işsizlik və “NFP” xəbəri fonunda zəif gözləntilər dollara olan tələbatı azaldır.
Azərbaycanın investisiya şirkəti "İnvestAZ"dan bildirilib ki, EUR/USD məzənnəsi cümə axşamı Amerika sessiyasında 1.0614$-a kimi qalxıb və 1.0650 və 1.0717$-a kimi də dəyər qazana bilər.Lakin maliyyə bazarlarında FED-in cari il ərzində faiz artıracağı gözləntilərinin hələ də yüksək qalması, avronun bahalaşmasını müvəqqəti qiymətləndirməyə və məzənnənin yenidən 1.03 və 1.01-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.
Dolların ucuzlaşması qızıla olan tələbatı artırıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti cümə axşamı Amerika sessiyasında 1185$-a kimi bahalaşıb və 1190/96$-a kimi də bahalaşa bilər.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















