Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü ABŞ-da həftəlik işsizlik müavinəti müraciətləri pronozların üzərində açıqlandı.
30 Noyabr həftəsi etibarilə İlk dəfə İşsizlik Müavinəti üçün Müraciətlərin sayı 224 min olaraq dərc edildi. Əvvəlki həftə 213 min olaraq açıqlanan məlumatlar isə 215 minə revize edildi.
Şükranlıq həftəsində işsizlik müavinəti müraciətlərinin bir ayın ən yüksək səviyyəsinə yüksəldiyi müşahidə edildi.
Nəticədə, bugün Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə NFP hesabatı öncəsi dolların mahor valyutalar qarşısında ucuzlaşdı.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi “OPEC”-in enerji və neft nazirlərinin və Rusiyanın başçılıq etdiyi “OPEC+” ölkələrinin enerji və neft nazirlərinin bazar konyukturasını qiymətləndirmək üçün onlayn şəkildə bir araya gəldiyi 38-ci “OPEC” və “OPEC+” Nazirlər Toplantısı başa çatıb.
“OPEC”-in verdiyi açıqlamaya görə, 2025 və 2026-cı illər üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq.
“OPEC”-dən verilən başqa bir açıqlamaya görə, bəzi ölkələrin gündəlik könüllü olaraq tətbiq etdiyi 1.65 milyon barellik hasilat azaltmasının 2026-cı ilin dekabr ayının sonuna qədər uzadılmasına qərar verilib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman tərəfindən də könüllü olaraq həyata keçirilən gündəlik 2.2 milyon barellik hasilatın azaldılması proqramı 2025-ci ilin mart ayının sonuna qədər uzadılıb. Ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabr ayının sonuna qədər bu əlavə könüllü hasilatın azaldılmasını tədricən aradan qaldıracaqlar.
Lakin, qərara baxmayaraq neft qiymətlərində müşahidə olunan eniş tendensiyası səngimir.
Bugün isə bütün diqqətlər Bakı vaxtı ilə saat 17:30-da Amerikada dərc olunacaq Orta Saatlıq Gəlirlər (aylıq və illik), Ümumi İsizlik Səviyyəsi və Qeyri-kənd təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı göstəricilərinə yönəlib.
Bundan başqa,saat 14:00-da Avrozonada Ümumumdaxili Məhsulun Həcminə dair statistik rəqəmlər açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)



