Dünyanın gözlədiyi neftlə bağlı mühüm qərarı Azərbaycanın naziri açıqladı
Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq."OPEC plus" ölkələri 2026-cı ilin sonunadək 39,7 milyon barrel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşma əldə edib.
Marja.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazov açıqlayıb.
"Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər. Bu ölkələrin 2,2 milyon barrelik ixtiasarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.
“OPEC plus”un bu razılaşmaları qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir bildirib.
Bakı vaxtı ilə saat 18:20-də Brent nefti 0,4% bahalaşama ilə 72,76 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
5 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
5 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 6 saat əvvəl
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















