Borclunun əmlak yeni portal ilə satılacaq - “Elektron Hərrac Portalı" istifadəyə verildi
Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Elektron Hərrac Portalı istifadəyə verilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, bundan sonra icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.
Portalın əsas üstünlüyü hərracda iştirak imkanlarının hər kəs üçün bərabər olmasıdır.
Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər.
Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və ilkin hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdirilib.
Hərrac prosesinin rəqəmsallaşması nəticəsində iştirakçılar arasında ayrı-seçkiliyə yol verilməsinin və rəqabətə məhdudiyyət qoyulmasının, eləcə də hərrac prosesinə kənar müdaxilələrin qarşısı alınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
18 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 20 saat əvvəl
-
21 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
21 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)

