Azercell media nümayəndələri üçün “Media texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edəcək
Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir
“Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək.
Beynəlxalq təlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.
Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvD səhifəsindən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.
Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahənin ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərə təlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.
Son müraciət tarixi: 01.12.2024
Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/ saytına daxil ola bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 17 d. əvvəl
-
-
45 d. əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
51 d. əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
54 d. əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
