“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ötən gün “Azərbaycan Dəmir Yolları” QSC və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı başlamış səmərəli müzakirələr 21 noyabr tarixində davam etdirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, ölkəmizdən keçən beynəlxalq dəhlizlər üzrə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.
Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyalarının azaldılması əsas çağırışlardan biridir və bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.
Tobias Bartz “Rhenus Group” şirkətinin beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektor üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























