Hindistan Azərbaycana ən çox turist göndərən 3-cü ölkə olub
Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında rəqəmləri açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2 milyon 209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi (201 mini) Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49,0 faiz, İordaniyadan - 40,0 faiz, Polşadan - 35,5 faiz, İrandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27,0 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20,0 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Ukraynadan - 17,0 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artmışdır.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1 milyon 816,4 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








