Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib
COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib. Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.
Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.
Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
34 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
47 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























