ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və ekspertlərlə görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə görüş keçirilib. Görüşdə “PwC Azerbaijan”, “Deloitte”, “Ernst & Young”, “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.
«Vergi və hesabatlılıq» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini İlkin Vəliyev “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib. Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.
«Biznesə daxilolma» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını bu sahədə tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili barədə məlumatlandırıb. Digər təqdimat biznesə daxilolma üzrə qaydaların keyfiyyəti, rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, eləcə də əməliyyatların effektivliyi ilə bağlı olub.
Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib. Bildirilib ki, yol xəritələri çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əgər əvvəllər bəyannamələrin elektron qaydada təqdim edilməsi əsas keyfiyyət göstəricisi hesab olunurdusa, hazırda bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. DVX vahid bəyannamələrlə əlaqədar bu sistemi uğurla tətbiq edib. Növbədə ƏDV bəyannamələridir ki, bu layihənin də qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.
Biznesə daxilolma sahəsində əsas uğurlardan biri xarici hüquqi şəxslərin elektron qeydiyyata alınması, eləcə də yerli MMC-lərin təsis sənədlərində və reyestrdə dəyişikliklərin qeydiyyata alınması prosesinin elektronlaşdırılmasıdır. İcrası davam edən digər layihə benefisiar mülkiyyətçi ilə bağlı hüquqi əsasların və müvafiq reyestrin yaradılmasıdır. Tədbir iştirakçılarına biznesə daxilolma əməliyyatlarının effektivliyi barədə göstəricilər də təqdim olunub.
Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarına rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (https://azranking.az/az/working-groups).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























