Gəncədə əsas kapitala yönəldilmiş investisiyalar azalıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatları açıqlayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlər.
Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 48,4 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 40,7 faizi dövlət, 59,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41,6 milyon manatı və ya 85,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 49,1 faiz azalmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti.
Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 25,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 14,8 milyon manatını, yaxud 59,0 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 10,3 milyon manatını və ya 41,0 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















