"Bir neçə gün əvvəl Çindən gələn yükləri 3-cü ölkəyə daşıdıq" - “Shark Logistics”in direktoru
“Məqsədimiz ölkəmiz üzərindən yükdaşımalarda öz daşıyıcılarımızın payının artmasına nail olmaqdır”- “Shark Logistics”“Azərbaycanın coğrafi mövqeyi bizə beynəlxalq yükdaşımalarda əhəmiyyətli yer tutmaq imkanı verir. Türkiyə, Rusiya və İrana daşımalarda Azərbaycan daşıyıcıların üstünlük qazanması logistika sahəsinin ölkə iqtisadiyyatının inkişafına getdikcə daha çox töhfə verdiyini və iqtisadiyyatda əhəmiyyətli yer tutduğunu göstərir”
Marja xəbər verir ki, bunu “Shark Logistics” şirkətinin direktoru Amid İbadov deyib.
Şirkət rəhbəri Azərbaycana və Azərbaycandan daşımalardan başqa, “Shark Logistics” də daxil olmaqla, logistika şirkətlərinin tranzit yüklərin daşınmasında rolunun artdığını bildirib və bir neçə gün əvvəl Çindən gələn yükləri üçüncü ölkəyə daşıdıqlarını vurğulayıb.
“Amma təəssüf ki, Avropaya yükdaşımalarda Azərbaycan şirkətlərinin payı hələ də çox azdır. Bizim məqsədimiz ölkəmizin üzərindən daşımaların öz iqtisadiyyatımıza gəlir gətirməsinə və öz daşıyıcılarımızın böyük pay almasına nail olmaqdır”, - logistika şirkətinin rəhbəri qeyd edib.
“Hazırda ölkənin ən iri distribüter şirkətlərinə xidmət göstərən, qida və qeyri-qida məhsullarının daşımasında ixtisaslaşan “Shark Logistics” Azərbaycandan daşımalar etdiyi Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Monqolustan kimi ölkələrdən bir-birinə və üçüncü ölkələrə də yüklərin çatdırılmasını həyata keçirir”, - Amid İbadov deyib.
Yükdaşımaların iqtisadiyyatda rolunun artdığını nəzərə alaraq şirkət həm avtomobil portfelini genişləndirmək, avtomobilləri, daşınan yüklərin keyfiyyətini izləmək üçün innovativ texnologiyaların tətbiqini artırmaq, müştərilərə yüklərin daşınması üçün daha yaxşı həllər təklif etmək, sürücülərin peşəkarlığını yüksəltmək istiqamətində də yeniliklər edir. Hal-hazırda 150-yə yaxın TIR modeli avtomobilinə malik şirkət TIR parkının yerləşdiyi Ərkivan qəsəbəsində (Masallı rayonu) sürücülərin təlimini də dəstəkləyir. Şirkətin qarşısında duran əsas hədəflərdən biri də Avropa ölkələrinə daşımalar etmək üçün bu ölkələrə giriş vizası olan peşəkar sürücülərin sayını artırmaqdır.
Qeyd edək ki, “Shark Logistics” 2014-cü ildən fəaliyyətdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















