“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş şəbəkəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti təşkilat “GL” ASC-ə məxsus “Sizin Lombard” olub.
Tez, etibarlı və rahat kreditə ehtiyacı olan vətəndaşlar qızıl girovu ilə müvafiq filiala yaxınlaşaraq, kredit təsdiqləndikdən sonra “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq edib kredit müqaviləsini asanlıqla imzalaya bilərlər. Proses zamanı vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Müqavilə imzalandıqdan sonra vəsait müştərinin “Sizin Lombard” tərəfindən təqdim edilən plastik kartına köçürülür.
Qeyd edək ki, “SİMA İmza” üzərindən kredit müqaviləsinin biometrik texnologiya vasitəsilə təsdiqlənməsi dələduzların vətəndaşların adından kredit götürməsinin qarşısını alır. Eyni zamanda SİMA rəqəmsal imza sayəsində vaxt və xərclərə qənaət olunur, qurumların iş yükü və xərcləri azalır.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
9 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
10 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























