Dövlət bankı sürətlə böyüməkdə davam edib - VƏZİYYƏTİ MƏLUM OLDU
Dövlət bankı "Azər-Türk Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 18 milyon 371 min manat xalis mənfəət başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 10 milyon 499 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 7 milyon 872 min manat və ya 75% artıb.
ƏMƏLİYYAT GƏLİRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Azər-Türk Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayı ərzində 45 milyon 593 min manat ikən, 2024-cü ilin 9 ayı ərzində 76 milyon 666 min manat təşkil edib (31 milyon 73 min manat və ya 68,1% artıb). Bankın qeyri-faiz gəlirləri isə 7 milyon 733 min manat və ya 35% artaraq 29 milyon 801 min manat olub.
2024-cü ilin 9 ayı ərzində "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 106 milyon 467 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 79 milyon 543 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 26 milyon 924 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 930 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb, 4 milyon 623 min manat mənfəət vergisi ödəyib.
2023-cü ilin 9 ayı ərzində "Azər-Türk Bank"ın əməliyyat mənfəəti 16 milyon 743 min manat təşkil etmişdi. Beləliklə, Bankın əməliyyat mənfəəti 10 milyon 181 min manat və ya 60,8% artıb.
BİZNES KREDİTLƏRİ PORTFELİNDƏ BÖYÜK ARTIM
2023-cü ilin Sentyabr ayının sonu ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 344 milyon 407 min manat və ya 79,2% artaraq 30 sentyabr 2024-cü il tarixində 779 milyon 326 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 63 milyon 259 min manat artaraq 284 milyon 17 min manat, biznes kreditləri portfeli 262 milyon 712 min manat artaraq 306 milyon 83 min manat, ipoteka kreditləri portfeli 18 milyon 437 min manat artaraq 189 milyon 227 min manat təşkil edib.
CƏMİ AKTİVLƏRİ 1,5 MİLYARD MANATI AŞIB
2023-cü ilin Sentyabr ayının sonu ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi aktivləri 685 milyon 140 min manat və ya 79,4% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 548 milyon 469 min manat çatıb.
2023-cü ilin Sentyabr ayının sonu ilə müqayisədə "Azər-Türk Bank"da cəmi depozitlər 782 milyon 531 min manat və ya 84,6% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 444 milyon 716 min manat təşkil edib. Artımın böyük hissəsi hüquqi şəxslərin depozitlərindəki artım ilə əlaqədardır.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Azər-Türk Bank" ASC 96 milyon 268 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
8 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
9 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
9 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
10 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
10 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)











.jpg)



