Unibank-ın gəlirləri artıb
"Unibank Kommersiya Bankı" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 17 milyon 627 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 21 milyon 907 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 154 milyon 886 min manat ikən, 2024-cü ilin 9 ayında 172 milyon 124 min manata yüksəlib (17 milyon 258 min manat və ya 11,1% artıb).
Bankın qeyri-faiz gəlirləri isə 7 milyon 175 min manat və ya 9,2% artaraq 84 milyon 960 min manat təşkil edib. Unibank 2023-cü ilin 9 ayında 77 milyon 785 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.
2024-cü ilin 9 ayında "Unibank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 433 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 580 min manat artıb. Bankın gəlirləri xərclərindən daha çox artdığı üçün əməliyyat mənfəəti 853 min manat artaraq 49 milyon 933 min manat təşkil edib. 2023-cü ilin 9 ayında "Unibank"ın əməliyyat mənfəəti 49 milyon 80 min manat olmuşdu.
"Unibank"da əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait 2023-cü ilin 9 ayında 27 milyon 173 min manat ikən, 2024-cü ilin 9 ayında 29 milyon 505 min manat təşkil edib (2 milyon 332 min manat artıb). Həmçinin, 2024-cü ilin 9 ayında "Unibank" tərəfindən 2 milyon 800 min manat mənfəət vergisi ödənilib. Bu səbəblərdən "Unibank"ın xalis mənfəəti bir qədər aşağı düşüb.
KREDİT PORTFELİ ARTIB
2024-cü ilin 9 ayı ərzində "Unibank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 95 milyon 127 min manat və ya 9% artaraq 30 Sentyabr 2024-cü il tarixində 1 milyard 142 milyon 868 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 10 milyon 742 min manat artaraq 638 milyon 347 min manata, biznes kreditləri portfeli 79 milyon 345 min manat artaraq 408 milyon 742 min manata, ipoteka kreditləri portfeli 5 milyon 41 min manat artaraq 95 milyon 779 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2024-cü ilin 9 ayı ərzində "Unibank"ın cəmi aktivləri 125 milyon 437 min manat və ya 7,9% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 716 milyon 96 min manata çatıb. Bank 2023-cü ilin sonunda 1 milyard 590 milyon 659 min manat cəmi aktivlərə malik idi.
2024-cü ilin 9 ayı ərzində "Unibank"ın cəmi depozit portfeli 15 milyon 821 min manat artaraq 1 milyard 231 milyon 712 min manata çatıb, o cümlədən hüquqi şəxslərin depozitləri 19 milyon 105 min manat artaraq 293 milyon 716 min manata yüksəlib, fiziki şəxslərin depozitləri 3 milyon 285 min manat azalaraq 937 milyon 995 min manata düşüb.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2024-cü il tarixində "Unibank" 169 milyon 94 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 160 milyon 122 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
2 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 2 saat əvvəl
-
7 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb























