"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" mənfəətdən zərərə keçib - GƏLİRİ KƏSKİN AZALIB
İstiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc almış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 16 milyon 875 min manat xalis zərər ilə başa vurub. Halbuki, dövlət şirkəti ötən ilin eyni dövrünü 18 milyon 715 min manat xalis mənfəət ilə bağlamışdı.
Əsas əməliyyat gəlirinin (satış) azalması və digər əməliyyat xərclərinin artması "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin zərərə keçməsinə səbəb olub.
Marja.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəlirləri 2023-cü ilin birinci yarısında 277 milyon 687 min manat ikən, 2024-cü ili birinci yarısında 202 milyon 51 min manata düşüb (75 milyon 636 min manat və ya 27,2% azalıb).
30 İyun 2024-cü il tarixində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin cəmi aktivləri 1 milyard 814 milyon 987 min manat təşkil edib. Şirkət ötən ilin eyni tarixində 1 milyard 540 milyon 612 min manat cəmi aktivlərə malik idi.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nizamnamə kapitalının 100%-i dövlətə məxsusdur. 30 İyun 2024-cü il tarixində Şirkətin 7821 nəfər işçisi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 saat sonra
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)




.jpg)

