Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da daşınmaz əmlak bazarına dair göstəricilərin dərc olunması fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. Lakin, bugün səhər saatlarında bir qədər ucuzlaşaraq, təzyiq altında qalmağa davam etdi. EUR/USD cütlüyü dünən gün ərzində 1.1213 həddini test etdikdən sonra 1.1121 həddinə qədər kəskin ucuzlaşdı. Hal-hazırda avro/dollar məzənnəsi 1.1145 səviyyəsində ticarət olunur.
Bugün İsveçrə Milli Bankının faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Belə ki, mərkəzi bankın uçot dərəcəsini 1.25%-dən 1%-ə qədər endirməsi proqnozlaşdırılır. Ötən gün ərzində 0.8414 həddindən 0.8506 həddinə kimi kəskin bahalaşan USD/CHF cütlüyü açıqlanacaq xəbər ərəfəsində bir qədər ucuzlaşıb.
ABŞ-ın Ticarət Nazirliyinin verdiyi məlumata əsasən, ölkədə Yeni Mənzil Satışlarının Həcmi iyul ayı ilə müqayisədə avqust ayında 4.7% azalaraq 716 min mənzilə qədər enib. Bu, may ayından bəri ən kəskin azalma olub. Analitiklər göstəricinin 699 min mənzilə qədər enəcəyini proqnozlaşdırmışdılar. Eləcə də, avqust ayında tikinti üzrə verilən icazələrin sayı 1.406 milyondan 1.470 milyona qədər artıb. Ekspertlər göstəricinin 1.475 milyon səviyyəsinə qədər artacağını ehtimal etmişdilər.
Amerikada kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4.47 milyon barrel azalaraq 413.04 milyon barrelə qədər enib. Bu barədə ölkənin Enerji Departamentinin həftəlik hesabatında məlumat verilib. Göstəricinin proqnozların üzərində dərc olunması fonunda neftin qiyməti ucuzlaşmağa başlayıb. Belə ki, “Brent” markalı neftin bir barrel üzrə qiyməti 75$ səviyyəsindən 72.9$ səviyyəsinə qədər ucuzlaşıb.
Bugün ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, ölkə ÜDM-i və Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsulların Sifariş Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Həmçinin, Bakı vaxtı ilə saat 17:20-də FED-in sədri Cerom Pavelin və saat 17:30-da AMB-nin sədri Kristin Laqardın çıxışları da bazar iştirakçıları tərəfindən maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















