Çin Mərkəzi Bankından əhatəli təşviq paketi
Çin Xalq Bankı ölkənin iqtisadi artım hədəfinə çatmasına kömək etmək üçün bu ilin ən əhatəli təşviq paketini açıqlayıb.Çin Xalq Bankı (PBOC, mərkəzi bank) bu il ölkənin 5 faizlik iqtisadi artım hədəfinə nail olunması üçün ən əhatəli təşviq paketini açıqlayıb.
Marja.az xəbər verir ki, PBOC-ın sədri Pan Gongsheng, yeddi günlük əks repo dərəcəsinin 1,7 faizdən 1,5 faizə endirildiyini və məcburi ehtiyat normasının 0,5 faiz bəndi azaldıldığını, 1 trilyon yuan (142 milyard dollar) likvidlik təmin edəcəklərini (dövriyyəyə yeridəcəklərini) açıqlayıb.
Beləliklə, Çin Mərkəzi Bankı məcburi ehtiyat normasını 2020-ci ildən bəri ən aşağı səviyyəyə endirib (məcburi ehtiyat norması - əmanət qəbul edən bankların bu əmanətlər müqabilində Mərkəzi Bankda saxlamalı olduqları nisbətdir və bu nisbəti Mərkəzi Bank müəyyən edir).
PBOC ipoteka faizlərini azaldıb, ikinci ev almağı tənzimləyən qaydaları yumşaldıb.
Fond bazarlarına dəstək tədbirləri də paketə daxil edilib. Paketə görə qiymətli kağız şirkətləri, fondlar və sığorta şirkətləri səhm almaq üçün mərkəz bankının qaynaqlarından (vəsaitlərindən) faydalana biləcəklər.
Maliyyə bazarları paketi müsbət qarşılayıb, CSI 300 beşinci ticarət günündə müsbət olaraq qalıb. Çinin 10 illik istiqrazlarının faizi 2 faizə düşüb.
İqtisadçılar paketin gözləntiləri aşdığını bildirsələr də, bunun Çin iqtisadiyyatının problemlərinə hərtərəfli həlli təmin etməkdən uzaq olduğunu bildiriblər. "ANZ"nin Çin İqtisadçısı Raymond Yeung, "İpoteka krediti faizinin azaldılmasının mənzil bazarını nə qədər bərpa edəcəyinə əmin deyilik" bildirib.
"Eastspring Investments"ın Səhm analitiki Ken Wong, dəstəkləyici monetar yumşalma addımlarının müsbət olduğunu, lakin dördüncü rübün iqtisadi artımını gücləndirmək üçün daha çox iş görülməli olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




