Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib - FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “McDonald’s Azərbaycan” şirkəti Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə bu il birinci sinfə gedən 6-7 yaşlı şəhid övladları üçün məktəb ləvazimatlarının alınmasına və onların ölkənin müxtəlif bölgələrinə çatdırılmasına dəstək olub.

Yeni tədris ili ərəfəsində bütün ölkə üzrə 170 şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. Bunun üçün alınmış məktəb ləvazimatları şəhid ailələrinin yaşadığı bölgələrə çatdırılıb.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında "McDonald's Azərbaycan" şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanmış memorandum, korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi məqsədilə “McDonald’s Azərbaycan” və DSMF arasında qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi üçün çərçivəni müəyyən edir və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş bir çox birgə təşəbbüslərin əsası oldu.

McDonald’s Azərbaycan DSMF şəhid ailələri şagirdlər məktəb ləvazimatları
18.09.2024 19:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18