8 ayda vergi ödəyicilərinin sayı 90 minə yaxın artıb
Aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb2024-cü ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.570.205 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 89 947 vahid (6,1 faiz), o cümlədən fiziki şəxslərin sayı 76.266 vahid (5,9 faiz), hüquqi şəxslərin sayı 13.681 vahid (7,3 faiz) artıb. Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 184.820 vahid təşkil edib.
2024-cü ilin yanvar-avqust aylarında 8.741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7.791-i (89,1 faiz) yerli investisiyalı, 950-si (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7.117-si (81,4 faizi) elektron qaydada, onların isə 5.726-sı Asan İmza, 1.372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
2024-cü ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.564 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 faiz təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
2024-cü ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





