Azərbaycanda "yaşıl" enerji istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin 8 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st olub.
8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 16 463,6 mln. kVt·st, SES-lərdə 2 138,4 mln. kVt·st, digər mənbələr üzrə isə 633,4 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 424,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 975,0 mln. kVt·st (İES-lərdə 14 989,0 mln. kVt·st, SES-lərdə 1 986,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 mln. kVt·st (İES-lərdə 151,7 mln. kVt·st, SES-lərdə 139,7 mln. kVt·st, Günəş ES-də 43,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 897,4 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 mln. kVt·st, idxalı isə 125,5 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 mln. kVt·st, idxalı isə 13,4 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)







.jpg)




