Brent neftin qiymətində 2021-ci ilin sonundan bəri bir ilk
Xammala qlobal tələbatın azalması ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti enməkdə davam edir. Brent markalı neftin qiyməti 2021-ci ilin sonundan bəri ilk dəfə bir barel üçün 70 dollardan aşağı düşüb.
Marja.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3 faizə yaxın düşərək 69,64 dolları görüb.
Brent nefti 20 dekabr 2021-ci ildən bəri ilk dəfə 70 dollardan aşağı satılır.
Ötən həftə neftin qiyməti təxminən 10% düşüb.
Reuters yazır ki, bu həftə qlobal tələbin zəifləməsi əlamətləri və neftin həddən artıq tədarükü qorxusu fonunda qiymətlər enməyə davam edib. Dünyanın iki aparıcı iqtisadiyyatı - ABŞ və Çin yavaşlamağa davam edir.
Bundan əlavə, Liviyada neft hasilatının bərpası gözləntiləri bazara mənfi təsir göstərib.
Dünya bazarında qiymətlərin azalması OPEC+ üzvü olan ölkələrin, o cümlədən Rusiyanın oktyabrda başlaması planlaşdırılan hasilat məhdudiyyətlərinin yumşaldılmasını dekabr ayına qədər təxirə salmasına səbəb olub. İştirakçılar gündəlik 2,2 milyon barellik əlavə könüllü hasilatın azaldılmasını 2024-cü ilin noyabr ayının sonuna qədər uzatmaq qərarına gəliblər. 2024-cü il dekabrın 1-dən etibarən bu məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağı gözlənilir. Eyni zamanda, kartel üzvləri zəruri hallarda düzəlişlərin dayandırılması və ya ləğv edilməsinin mümkünlüyü barədə xəbərdarlıq ediblər.
OPEC+-nın hasilat artımlarına başlamasını iki ay təxirə salmaq qərarı bazardakı enişi dayandıra bilməyib. Ekspertlər qeyd ediblər ki, tarixi məlumatlara əsasən, bazar OPEC+ qərarlarına dərhal reaksiya vermir. Analitiklər hesab edirlər ki, neftin qiyməti əvvəlcə 68-70 dollar/barel aralığına düşəcək və yalnız bundan sonra sabitləşə biləcək. "Bazar Asiyada tələbin mövsümi azalmasına daha çox diqqət yetirir", - ekspertlər əlavə edib.
Çərşənbə axşamı, sentyabrın 10-da OPEC aylıq icmalında bu il əldə edilən məlumatları nəzərə alaraq 2024-cü və 2025-ci illərdə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salıb. Qlobal neft tələbi 2024-cü ildə gündəlik 2,03 milyon barel artacaq ki, bu da ötən ay gözlənilən gündəlik 2,11 milyon barel artımdan aşağıdır. 2025-ci il üçün proqnoz gündəlik 1,78 milyon bareldən 1,74 milyon barrelə endirilib.
OPEC indi qlobal neft istehlakının 2024-cü ildə gündəlik orta hesabla 104,24 milyon barel, 2025-ci ildə isə gündəlik 106 milyon barrelə yüksələcəyini gözləyir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə dünya gündəlik 102,2 milyon barel neft istehlak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
48 d. əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
3 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
3 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
4 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
5 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)









