Xalq Bankda qiymətli metal hesabı
(®) Xalq Bank müştərilərə investisiya fəaliyyətini genişləndirmələri üçün fiziki olmayan qızıl və gümüşün əldə edilməsi və hesabda saxlanılması üzrə xidmətləri təklif edir. Bunun üçün Xalq Bankda qiymətli metal hesabı açmaq və hesaba mədaxil olunan pul vəsaitlərini Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişmək kifayətdir.
Hazırda qiymətli metal hesabı müxtəlif risklərdən qorunmaq üçün ən populyar və effektiv aktivlərdən sayılır. İstənilən vaxt hesabda olan metal qalığı Bankın daxili məzənnəsi ilə satılaraq yenidən pul vəsaitinə çevrilə bilər. Həmçinin, qiymətli metalın hesabda saxlanılması əlavə xərc yaratmır. Hesabın qalığı troy unsiyası ilə əks olunur. Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesabının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG troy unsiyası təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün Xalq Bankın filiallarına müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 20 d. sonra
- 40 d. əvvəl
-
-
50 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
1 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
























