Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib - 7 LAYİHƏ
164 milyon dollara Yevlax, Xankəndi və İmişlidə toxuculuq fabriki, tekstil klasterləri yaradılacaq.Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.
Görüşdən sonra Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilməsi mərasimi olub.
Bildirilib ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır. Bunlar aşağıdakılardır:
-Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi. Layihənin dəyəri 200 milyon dollardır.
-Qaşqadərya vilayətinin Qamaşı rayonunda gips və gips-karton məmulatları istehsalı zavodunun tikintisi, istehsal gücü sutkada 350 ton. Layihənin dəyəri 20 milyon dollardır.
- Daşkənddə “Agalarov Development” tərəfindən yaşayış komplekslərinin tikintisi. Layihələr 133 milyon dollara başa gəlib.
- Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Özbəkistanın “Global Textile” şirkətinin iştirakı ilə həyata keçirilir.
- Azərbaycan Respublikasının Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi. Layihənin dəyəri 6 milyon dollardır və Özbəkistanın “BUSINESS TEX” MMC şirkətinin iştirakı ilə həyata keçirilir.
- Azərbaycan Respublikasının İmişli rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 54 milyon dollardır və pambığın yığılmasından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Layihə Özbəkistanın “TST GROUP” şirkətinin iştirakı ilə həyata keçirilir.
- Azərbaycan Respublikasının Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması. Layihənin dəyəri 3 milyon dollardır.
Sonra prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanda və Özbəkistanda birgə layihələrin başlanmasını bildirən rəmzi düyməni basdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. sonra
-
19 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 20 d. əvvəl
-
-
27 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
33 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
45 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 49 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























