Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - Baku Auto Mall fəaliyyətə başlayacaq
Avtomobil almaq asanlaşacaq(®) Araşdırmalar göstərir ki, yeni avtomobil almaq istəyənlər seçim zamanı kifayət qədər problemlərlə üzləşirlər. Həftəiçi işdən sonra avtosalonların əksəriyyəti bağlı olduğundan, həftəsonu isə tıxaclar ucbatından bir-birindən uzaq məsafədə yerləşən rəsmi diler mərkəzlərinin hamısını əhatə etmək mümkün olmadığından bu proses əsəblər üçün əsl sınağa çevrilir.
Amma tezliklə hər şey dəyişəcək. Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - Baku Auto Mall – Babək prospektində fəaliyyətə başlayacaq. Yalnız rəsmi dilerlərin təklif etdiyi çoxsaylı modellər arasında seçim etmək çox asan olacaq. Avtomobili "canlı" görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan bütün modellər ilə müqayisə etmək və nəhayət bir avtomobil alaraq, daha birini lotereyada udmaq şansı əldə ertmək - bütün bunlar yalnız Baku Auto Mall-da reallaşacaq.
Axşam saat 10.00-dək işləyəcək bu mərkəzdə kafe, restoran, uşaqlarla yanaşı həm də böyüklər üçün oyun zonaları (ən müasir avtomobil yarışları simulyatorları) nəzərdə tutulub.
Baku Auto Mall yalnız avtomobilin seçimi deyil, həm də müştərilərə bank, sığorta, tüninq, aksessuarlar, yuma-cilalama kimi kompleks xidmətlər göstərməklə onun almasını rahatlaşdıracaq.
Burada həmçinin avtomobil təqdimatları, sərgilər, festivallar, foto- və videoçəkilişlər, konfranslar, internet-forumlar və s. təşkil ediləcəyi planlaşdırılıb.
Baku Auto Mall sayəsində avtomobil seçimi və alışı prosesi mənalı istirahət növü və ailəvi bayrama çevriləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























