Daha 295 gənc dövlət proqramı hesabına xaricdə təhsil alacaq
Ötən illərlə müqayisədə bu il xaricdə təhsil üşün dövlət proqramına müraciət edənlərin sayı çox olub.
Bunu bu gün keçirilən brifinqdə Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, 295 gənc gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət proqramı hesabına təhsil alacaqlar.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişiklik ilə bu gənclərin sayı artacaq. Müraciətlər daha çoxu informasiya texnologiyaları, dövlət idarə etməsi, mühəndislik, statistika və verilənlərin təhlili ixtisasları üzrə olub".
O qeyd edib ki, həmçinin bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilərlər.
Brifinqdə çıxış edən Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli deyib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişikliyə əsasən proqramın müddəti uzadılır:
“İkinci çox mühüm dəyişiklik isə sayın 100 nəfər artırılaraq 500 nəfərə çatdırılmasıdır. Bu dəyişiklik ilə həm də dövlət proqrama doktorantura pilləsi üzrə gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi də əlavə edilib. Xaricdə təhsil alan gənclər ölkəmizin həm kadr potensialı, həm də elm potensialının yaxşılaşdırılmasına töhfə verəcək”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
45 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























