Lufthansa Əmman, Beyrut, Tehran və Təl-Əvivə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb.
Aviadaşıyıcı sərnişinlərə pulsuz biletləri yenidən bron etmək və ya uçuşları ləğv etmək imkanı təklif edirYaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Lufthansa Qrupuna məxsus aviaşirkətlər Əmman, Beyrut, Tehran, Təl-Əviv və Ərbilə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb.
Marja xəbər verir ki, bu barədə Lufthansa-nın mətbuat xidmətindən məlumat verilib.
"Mövcud təhlükəsizlik təhlilinə əsasən, Lufthansa Qrupu Yaxın Şərqdəki əməliyyatlarını yenidən korreksiya edir. Avqustun 21-i daxil olmaqla Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə bütün uçuşlar dayandırılıb. Lufthansa avqustun 21-i daxil olmaqla, İran və İraqın hava məkanından istifadə etməyəcək "- Lufthansa qeyd edib.
Bildirilir ki, aviadaşıyıcı görülən tədbirlərdən zərər çəkmiş sərnişinlərə pulsuz olaraq biletləri yenidən bron etmək və ya reysi ləğv etmək imkanı təklif edir.
"Mövcud vəziyyətlə əlaqədar müştərilərimizə yaranan narahatlığa görə təəssüflənirik" - deyə Lufthansa yekunlaşdırıb.
Bundan əvvəl Lufthansa avqustun 13-dək Əmman, Beyrut, Tehran, Təl-Əviv və Ərbilə uçuşları dayandırmışdı.
HƏMAS, İyulun 31-də İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin hücumu zamanı Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldüyünü elan edib. İslam İnqilabı Keşikçiləri Korpusu Haniyənin öldürülməsinin ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən təşkil edildiyi, təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərminin partlaması nəticəsində öldüyünü bildirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei İsraili fələstinli siyasətçinin qətlinə görə ağır cəza gözləyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



