İlk dəfə istifadəçi sayı 1 ay ərzində 1 milyonu keçib
QR bilet istifadəçilərinin sayı kəskin artıb2024-cü ilin ilk 6 ayı ərzində Bakı metropolitenindən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
Bakı metropolitenindən Marja-ya daxil olmuş məlumatda bildirilri ki, beləliklə, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 sərnişin olub. Başqa sözlə, il ərzində metropolitendəki QR bilet istifadəçilərinin 40.1 %-i məhz iyul ayında bu xidmətə müraciət edib. Yaxud təkcə iyul ayında daşınan QR bilet istifadəçilərinin sayı 6 ayda daşınmış sərnişinlərin 67 %-i qədər olub.
Ayların müqayisəli statistikasına nəzər saldıqda, iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4.2%-i idisə, artıq iyulda bu rəqəm 7.7 %-ə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69.2 % təşkil edib.
Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).
Stansiyalar üzrə statistik məlumatlarda ilk dəfə aylıq göstərici 100 min həddini aşıb (əvvəlki göstərici iyun ayında qeydə alınaraq, 70 min 36 sərnişin təşkil edib). Aylar üzrə liderliyini qoruyan “28 May” stansiyasına 109 min 180 sərnişin QR biletlə daxil olub. Digər stansiyalar arasında “Koroğlu” özündən əvvəldə olan iki stansiyanı keçərək. ikinci pillədə qərarlaşıb – 99 min 638. “Gənclik” (93 min 83), “Nərimanov” (90 min 479) və “20 Yanvar” (89 min 105) QR bilet üzrə metropolitenin ilk beşliyində olan stansiyalardır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















