Çinin 7 ayda ixracı 2 trilyon dolları keçib
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi ixracın 2,01 trilyon dollara çatdığını bildirib.Çinin digər ölkələr ilə ticarət həcmi 2024-cü ilin yanvar-iyul aylarında illik müqayisədə 3,5% artaraq 3,5 trilyon dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, Çin ixracatı 7 ayda keçən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 2,01 trilyon dollara çatıb. İdxal 2,8% artım göstərərək 1,49 trilyon dollar təşkil edib. Çinin yanvar-iyul aylarında müsbət saldosu 518 milyard dollara çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.
Çinin ABŞ ilə ticarət həcmini 1,4% artırb
Yanvar-iyul aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 1,4% artaraq 383,15 milyard dollar təşkil edib. Çinin ABŞ-a ixracı 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 2,4% artaraq 286,89 milyard dollar təşkil edib.
Çin ABŞ-dan soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, mayeləşdirilmiş neft qazı və neft, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və daha çox şey alır.
Çin-Amerika münasibətləri son bir neçə ildə daha da gərginləşərək iki ölkə arasındakı ticarətə təsir göstərib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6% artaraq 759,4 milyard dollar təşkil edib. 2023-cü ildə isə 11,6% azalaraq 664,45 milyard dollara düşmüşdü.
Çinin Rusiya ilə ticarəti 1,6% artıb
Yanvar-iyul aylarında Çin-Rusiya ticarətinin həcmi illik 1,6% artaraq 136,67 milyard dollar təşkil edib. 7 ay ərzində Çinin Rusiyadan mal idxalı 3,9% artaraq 75,03 milyard dollara çatıb, əksinə, Rusiyaya mal ixracı isə 1,1% azalaraq 61,64 milyard dollara düşüb. Rusiya tərəfinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 48% artaraq 13,39 milyard dollar təşkil edib
Çinin Rusiyadan idxal etdiyi malların əsas hissəsini enerji resursları - neft, təbii qaz və kömür təşkil edir. Digər əsas idxal olunan məhsullara mis və mis filizi, ağac, yanacaq və dəniz məhsulları daxildir. Çin Rusiya Federasiyasına geniş çeşiddə məhsullar - avtomobillər, traktorlar, kompüterlər, smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, kondisionerlər və s. ixrac edir.
Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ildə 29,3% artaraq 190 milyard dollara, 2023-cü ildə isə 26,3% artaraq 240,11 milyard dollara çatıb. Bu il ticarət dövriyyəsinin 250 milyard dollara çatdırılması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















