Qlobal "qasırğa" İstanbul birjasını da silkələdi
BIST 100 indeksi yeni həftəyə qlobal bazarlardakı satışlar ilə əlaqədar olaraq kəskin ucuzlaşma ilə başlayıb.Qlobal bazarlar ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti səhvi ehtimalı (faiz artırmaqda gecikməsi) və ABŞ-da artan tənəzzül gözləntiləri, eləcə də geosiyasi proseslər səbəbindən rekord enişlər yaşayıb. Bununla əlaqədar olaraq "Borsa İstanbul" da yeni həftəyə kəskin satışlar ilə daxil olub.
Marja xəbər verir ki, BIST 100 indeksi günə 6,7 geriləmə ilə başlayıb və bundan sonra indeksdə əməliyyatlar dayandırılıb. Əməliyyatların bərpası ilə satışlar 7 faizi ötüb və avtomatik açar indeksdə ikinci dəfə işlə düşüb.
BIST 30 fyuçerslərində də eniş 7%-ə çatıb.
Bu gün Asiyada kəskin satışlar bazarlarda tarixi "qasırğaya" səbəb olub. Yaponiya səhmləri 1987-ci ildən bəri ən sərt satış dalğası ilə üzləşib. Cənubi Koreyada Kosdaq indeksi rekord azalma qeydə alınıb.
Cümə günü çökən ABŞ-da birja indeksləri yeni həftəyə də mənfi daxil olub. Nasdaq 100 indeksi fyuçerslərində eniş 6 faizə çatıb.
Geosiyasi narahatlıqlar, FED-in faizlərini azaltmaqda gecikdiyi və bunun ABŞ iqtisadiyyatının tənəzzülünə səbəb olacağı barədə proqnozlar birjalarda satışlara səbəb olub.
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda, Hizbullahın yüksək səviyyəli nümayəndəsi Fuat Şükrü Beyrutda öldürüldükdən sonra Yaxın Şərqdə gərginlik daha da artıb.
İranın öz ölkəsindəki hücuma necə cavab verəcəyi ilə bağlı müzakirələr davam edərkən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cümə günü İrandan gələn təhdidlərdən sonra İsrailin təhlükəsizliyinə dəstəyini artırmaq üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəklərini açıqlayıb.
Elə həmin gün dünyanın bir çox aviaşirkətlərindən uçuşların ləğvi ilə bağlı xəbərlər gəldi. Aviaşirkətlər Tehrana uçuşları təxirə sadılar.
Axios-un mövzu ilə bağlı məlumatlı üç mənbəyə əsaslanaraq yaydığı məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken G-7-dəki həmkarlarına İran və Hizbullahın İsrailə hücumlarının bazar ertəsi başlaya biləcəyini deyib. Xəbərdə hücumların qarşıdakı 24-48 saat ərzində başlayacağının gözlənildiyi də qeyd edilib.
Bazar günü açıqlama verən İsrailin müdafiə naziri Yoav Gallant, “Müdafiə hazırlığımız quruda və ya havada yüksək səviyyədədir və həm sürətli cavaba, həm də hücuma hazırıq. Əgər onlar bizə hücum etməyə cəsarət etsələr, bunun əvəzini ağır ödəyəcəklər", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!





















