Bu istiqrazın sahiblərinin qazancı 12 milyonu dolları ötüb
SOCAR İstiqrazlarının 11-ci kupon ödənişi edildi
Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bu barədə “SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir.
İstiqrazların növbəti kupon ödənişi cari ilin 1 noyabr tarixində baş tutacaq.
3 ilə yaxındır yerli fond bazarında ən çox müraciət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR İstiqrazları 11-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 12 milyon 375 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)
Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi 47 milyon dolları ötüb. Bağlanmış əqdlərin sayı isə 800-dür.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bugünədək SOCAR İstiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlayır və 2016-cı ildən indiyədək investorlarına 37 milyon dollardan çox gəlir qazandırıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























