
Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

ABŞ dolların mümkün ucuzlaşma ehtimalları fonunda major valyutaların dollar qarşısında bahalaşdığı, risk iştahının artması ilə qızılın ucuzlaşdığı bir həftədən sonra, cari həftədə diqqətlər mərkəzi banklara yönələcək. Belə ki, Yaponiya və İngiltərə Mərkəzi Banklarının, ABŞ Federal Ehtiyyatlar Sistemi, Federal Açıq Bazar Komitəsinin faiz qərarları birjalarda tendensiyaların əsas istiqamətləndirici gücü ola bilər.
FED fondlarının fyuçersləri, artıq ötən həftədən növbəti FED iclasının 30 və 31 iyul tarixlərində baş tutacağına baxmayaraq, ilin sonuna qədər ən azı iki faiz endirimi ehtimallarını öz qiymətlərində əks etdirirlər.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində həmçinin, Avrozonada, Almaniyada ÜDM-in həcmi və əmək bazarı, İstehlak Qiymətləri İndeksi göstəriciləri, Avstraliyada, İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və ÜMD rəqəmləri, ən əsası isə Amerikada Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş yerlərinin Sayı (NFP), İşsizlik Səviyyəsi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, “Conference Board” İstehlakçıların İnam İndeksi və “JOLTS” Boş və Vakant İşyerləri Hesabatları investorların diqqət mərkəzində olacaq.
EUR
Cari həftə ərzində Avrozonada və Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada İstehlak Qiymətləri İndeksi, eləcə də, Ümumdaxili Məhsulun Həcmi göstəriciləri dərc olunacaq. Analitiklər isə hər iki iqtisadiyyatda inflyasiyanın artım tempinin və iqtisadi artım sürətinin zəiflədiyini proqnozlaşdırırlar.
Ötən həftəyə 1.0880 səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.0900 həddini test etsə də, burada müqavimətlə üzləşərək bir qədər ucuzlaşdı və həftəlik şamını 1.0850 həddində bağladı.
“Buğalar” qiyməti 1.09$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Cari həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Qeyd edək ki, BoE-nin uçot faiz dərəcəsini 5.25%-dən 5.00%-ə kimi endirəcəyi ehtimal olunur.
Ötən həftəyə 1.2910 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.2940 həddinə kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq ucuzlaşdı və həftəlik şamını 1.2860 səviyyəsində tamamladı.
Əgər, proqnozlaşdırılan kimi faiz dərəcələri endirilərsə, funt-sterlinq dünya birjalarında zəifləyə bilər.
OİL/UK
Ardıcıl 3 həftədir ucuzlaşan “Brent” nefti (OİLUK) ötən həftəyə 83.30$ səviyyəsində başlasa da, eniş tendensiyasını davam etdirdi və həftəni 80.70$-da başa vurdu. Lakin, Livanın İsrailə raket zərbələri endirməsindən sonra Yaxın-Şərqdə münaqişənin masştabının daha da böyücəyi narahatlıqları fonunda neft cari həftəyə artımla başladı.
Hazırda, enerji birjalarında 81.50$-dan təklif edilən OİLUK-də “buğalar” qiyməti 83$-ın üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
XAU/USD
Ötən həftəyə 2404$ səviyyəsindən başlayan və 2432$-a kimi bahalaşan qızıl, investorların möhtəşəm bir rallidən sonra gəlirlərini realizə etmək üçün XAUUSD-dən çıxıb daha mülayim pul siyasətindən faydalanacaq sektorlara keçməsinə səbəb oldu. Nəticədə, “sarı metal” 2353$-a kimi ucuzlaşdı.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 9 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
