Neftin ucuzlaşması davam edir
Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Brent nefti 0,8 faiz ucuzlaşma ilə bir bareli 81,09 dollardan ticarət olunub.
Marja.az xəbər verir ki, Çin Mərkəzi Bankı cümə axşamı pul siyasətini yumşaltsa da, iqtisadi yavaşlamanın xam neftə tələbi azaldacağına dair əsaslı narahatlıqlar var. Səhmlər və əmtəələr, o cümlədən mis də ucuzlaşıb.
Xam neftin qiyməti, Asiyanın ən böyük iqtisadiyyatında zəif tələb proqnozu ilə bağlı narahatlıqlar səbəbindən ayın əvvəlindəki zirvəsindən bəri xeyli geriləyib.
OPEC+ üzvlərinin hasilatı azaltmalarıı və ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini aşağı salacağı gözləntiləri davam etdiyindən, qiymət ilin əvvəli ilə müqayisədə hələ də yüksəkdir.
Analitiklər bildirir ki, Çində iqtisadi bərpanın zəif olduğunu nəzərə alınsa, güclü tələb gözləntiləri illüziyadır.
Rusiya, Yaxın Şərq və Amerika daxil olmaqla dünyanın hər yerindən neft alan Çinin xam neft idxalı bu ilin ilk yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalıb.
Eyni zamanda, Çərşənbə günü ABŞ, kommersiya xam neft ehtiyatlarının dördüncü həftədə 3,74 milyon barrel azaldığını, benzin ehtiyatlarının da azaldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 18 d. əvvəl
- 37 d. əvvəl
-
42 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)










.jpg)









