4500 hektarı su ilə təmin edəcək nasos stansiyası tikilir
Kürdəmir rayonunun Muradxan-Pirili massivində bu ildən əkin dövriyyəsinə qatılan 4500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün tədbirlər görülür.
Bu məqsədlə hazırlanan layihə-smeta sənədlərinə əsasən, ərazini su ilə təmin edəcək Muradxan kanalının su ötürmə qabiliyyəti 2 kub saniyədən 3,5 kub saniyəyə qədər artırılacaq. Hazırda işlər podratçı şirkət olan “Xəzər inşaat E” MMC tərəfindən görülür. İndiyədək kanalın sağ sahilində 1,8 kilometrlik hissəyə 65 min kubmetr torpaq daşınıb və bəndbərkitmə işləri aparılıb.
Layihə çərçivəsində kanala su Kür çayından vurulacaq və bunun üçün Çərtəyəz nasos stansiyasının da tikintisinə başlanılıb. Artıq stansiyasının binasının dəmir-beton bünövrəsi qoyulub və beton divarların qaldırılması üçün armatur torlar toxunur.
İşlərin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






