Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ölkədəki iqtisadi vəziyyətə dair şərhlərinin yer aldığı “Bej Kitab”-ı dərc edib. Hesabatda qeyd olunur ki, may-iyun aylarında Amerikada iqtisadi aktivlik cüzi və ya orta templə artıb. Ölkədəki vəziyyətlə bağlı qeyri-müəyyənlik səbəbindən isə ilin ikinci yarısında iqtisadi artımın yavaşlaması gözlənilir.
"Hesabat dövründə əksər əyalətlərdə iqtisadi fəallıq cüzi və ya orta artım tempini qoruyuub. Bununla belə, yeddi regionda aktivliyin müəyyən qədər artdığı bildirilsə də, beş regionda aktivliyin üfüqi və ya eniş tendensiyasında olduğu bildirilir... Qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənlik, daxili siyasət, geosiyasi münaqişələr və inflyasiya səbəbindən iqtisadiyyatın gələcəyi ilə bağlı gözləntilər növbəti altı ayda daha yavaş artımla əlaqələndirilir.” - deyə sənəddə bildirilir.
Əksər regionlarda hesabat dövründə ev təsərrüfatlarının xərclərində dəyişiklik az olub. Avtomobil satışları regionlara görə dəyişir, bəzilərində göstəricidə azalma müşahidə olunub. Ölkənin daşınmaz əmlak sektorunda yalnız kiçik dəyişikliklər olub. İstehsal sektorundakı tendensiyalar regionlara görə dəyişir: həm kəskin azalmalar, həm də mülayim artımlar haqqında məlumat verilir.
Qızılın dəyəri artım tendensiyasını davam etdirir. Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyatlar Sistemi sentyabr ayında faiz dərəcəsini azaltmağa qərar verərsə, dəyərli metalın qiyməti 2600$-2700$ səviyyəsinə çata bilər.
Bu həftənin əvvəlindən etibarən Nyu-York “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti çərşənbə axşamı günü təxminən 2% artıb. Bu nəticə fonunda mayın sonunda müəyyən edilmiş tarixi maksimum qırılıb. Çərşənbə günü rekord yeniləndi və qızılın bir troy unsiyası üçün dəyəri 2488.35$ təşkil etdi.
Bugün investorların diqqət mərkəzində olacaq əsas hadisə Avropa Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı olacaq. Ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini 4.25% səviyyəsində saxlayacağını proqnozlaşdırırlar. Qeyd etmək lazımdır ki, AMB-nin toplantısı Bakı vaxtı ilə saat 16:15-də baş tutacaq.
Həmçinin Birləşmiş Krallıqda dərc olunacaq İşsizlik Səviyyəsi və əhalinin gəlirlərinə dair göstəricilər, eləcə də, ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçıları tərəfindən maraqla gözlənilir.
Məlumat Invest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
1 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
1 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
1 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
20 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır






.jpg)





.jpg)







