ABB-nin gəlirlərində və mənfəətində artım davam edir – İRİ BANK SON VƏZİYYƏTİNİ AÇIQLADI
ABB ASC 2024-cü ilin 1-ci yarısı üzrə (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ABB 2024-cü ilin ilk 6 ayını 172.39 milyon manat xalis mənfəətlə başa vurub. Bank 2023-ci ilin eyni dövrünü 164,04 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2023-ci ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin ilk yarısında 8.35 milyon manat artıb.
2024-cü ilin ilk 6 ayında ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 583,76 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.43% və ya 114.60 milyon manat çoxdur.
ABB-nin əməliyyat mənfəəti isə 258,60 milyon manat olub (2023-cü ilin II-ci rübündə 244.59 milyon manat təşkil etmişdi).
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 60,82 milyon manat olub. Həmçinin Bankın əməliyyat mənfəətindən 31 milyon 354 min manat mənfəət vergisi hesablanıb.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-ci ilin sonu ilə müqayisədə 15,04% və ya 759,14 milyon manat artaraq 5,8 milyard manata çatıb. Qeyd etmək lazımdır ki, 2024-cü ilin yarımilində, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 357 milyon 915 min manat artaraq 2 milyard 862 milyon 530 min manata yüksəlib.
MƏCMU KAPİTALI 1,6 MİLYARDA MANAT TƏŞKİL EDİB
30 iyun 2024-cü il tarixində "ABB" ASC 1 milyard 563 milyon 037 min manat məcmu kapitala malik olub. İkinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 17.38%, məcmu kapitalının adekvatlıq əmsalı 19.33% təşkil edib. Qeyd etmək lazımdır ki, bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir.
BANK SƏHMDARLARINA 185 MİLYON MANAT DİVİDEND ÖDƏDİ
ABB ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının 27.05.2024-cü il tarixli qərarına əsasən Bankın 2023-ci ildə əldə edilmiş mənfəətindən 185 milyon manat məbləğində vəsait Bankın səhmdarlarına dividend şəklində ödənilib. Beləliklə, nominal qiymətlə hesablama aparıldıqda, ABB-nin səhmlər üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
30 iyun 2024-cü il tarixinə ABB-nin cəmi aktivləri 13,26 milyard manat, öhdəlikləri isə 11,44 milyard manat təşkil edib.
Qeyd edək ki, 10 sentyabra qədər ABB-nin yeni səhmlərinə abunə yazılışı davam edir. Bankın yeni səhmdarları da ABB-nin builki mənfəətindən dividend qazanacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
-
18 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
19 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
19 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
Son Xəbərlər
Yeni iliniz mübarək!
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Ən çox oxunanlar
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı


























