Bank “BTB” BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşuldu
(®) Bank “BTB” dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsü olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) üzv olduğunu qürurla elan edir.
Bu mərhələ Bank “BTB”-nin məsuliyyətli biznes təcrübələrinə sadiqliyini və qlobal dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək öhdəliyini təsdiqləyir.
Qlobal Saziş biznesin sosial məsuliyyətinin və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədlərini əhatə etməklə yanaşı, üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, əmək hüquqları, ətraf mühitin mühafizəsi və korporativ korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğun təşkilini təşviq edir.
Beləliklə, Bank “BTB” Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə ekoloji, sosial və korporativ idarəetmə (ESİ) istiqamətində fəaliyyət strategiyasını daha da təkmilləşdirməyi planlaşdırır. Bu addım Bank “BTB”-nin dürüstlük, şəffaflıq və dayanıqlı inkişafı təşviq etmək sadiqliyini təsdiqləyir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də (+99455) 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)







