BP-nin regional rəhbərliyində yeni təyinatlar
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub.
Marja-ya “BP-Azerbaijan” şirkətindən daxil olan məlumata görə, hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir.
1. Leyla Məmmədova bp-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib.

Leyla bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib.
Leylanın sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var. O, 2001-ci ildən bp-də işləyir və karyerası ərzində şirkət daxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti.
Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.
2. Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib.

Rasselin bp-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O, qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya, Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylı yüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Rassel bp Qrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub.
Rassel dərin texniki bilikləri olan, əməyin təhlükəsizliyinə xüsusi önəm verən,, həmçinin inklüziv liderliyi və mentorluğu ilə tanınan bir mütəxəssisdir.
Rasselin mexanika və dəniz mühəndisliyi üzrə fərqlənmə diplomlu dərəcəsi və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr diplomu var.
3. Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kellini əvəz edib. 
Mətt bp-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.
Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.
4. Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə Roşni Musaini əvəz edib.
Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub.
Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərində yetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən hasilatda olan yataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusilə xoşlayır.
Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 17 saat əvvəl
-
19 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
21 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO

























