Azərbaycan məhsulları Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq
Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə bu ilin 11-14 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.
Sərgidə Azərbaycanın 30-dan çox şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, süd məhsulları və s. yerli məhsullarımız təqdim ediləcək. “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində həmçinin, Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan Fərmanına uyğun olaraq, indiyədək yerli məhsullarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində və Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






