“Aqrarkredit”in xalis mənfəəti 3 dəfədən çox artıb
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 2023-cü ili 3 milyon 405 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 1 milyon 75 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Aqrarkredit”in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3,2 dəfə və ya 2 milyon 330 min manat artıb.
Marja.az QSC-nin 2023-cü il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, “Aqrarkredit”in faiz gəlirləri 2022-ci ildə 17 milyon 94 min manat ikən, 2023-cü ildə 19 milyon 175 min manat təşkil edib (2 milyon 81 min manat və ya 12,2% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 160 min manatdan 173 min manata yüksəlib.
2023-cü ildə “Aqrarkredit”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 42 milyon 990 min manat və ya 37,6% artaraq 31 dekabr 2023-cü il tarixində 157 milyon 320 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























