“Azercell” ödəniş (danışıq) kartlarının istifadə müddətlərini dəyişir
“Azercell Telekom” şirkəti ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətlərində dəyişiklik edir.
Marja.az xəbər verir ki, bu barədə “Azercell Telekom” şirkəti məlumat yayıb.
Qeyd edilib ki, “Azercell Telekom” MMC tərəfindən1 iyul 2024-cü il tarixindən etibarən, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

Beləliklə, 1 iyul 2024-cü il tarixindən etibarən 1 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 5 gün (hazırda 7 gün), 2 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 10 gün (hazırda 14 gün), 3 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 20 gün (hazırda 30 gün), 5 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 30 gün (hazırda 60 gün), 10 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 60 gün (hazırda 90 gün), 25 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 90 gün (hazırda 180 gün), 50 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 120 gün (hazırda 180 gün), 100 manatlıq ödəniş (danışıq) kartının istifadə müddəti 120 gün (hazırda 180 gün) olacaqdır. Qısası, 1 iyul 2024-cü il tarixindən etibarən istifadə müddətləri azalacaqdır.
Qeyd edilib ki, bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları Şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















