"PAŞA Bank"ın tərəfdaşlığı ilə keçirilən biznes müsabiqəsinin qalibləri elan olunub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın tərəfdaşlığı və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi başa çatıb.
May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə, “Araz Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group of Companies”, “Embawood” və “Metak” şirkətləri müsabiqənin qalibləri seçilərək, qlobal biznes icmasının üzvünə çevrilmək imkanı qazanıblar.
Təltifetmə mərasimində çıxış edən “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank özəl şirkətlər üçün bir sıra imkanlar və üstünlüklər yaradan “Best Managed Companies” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Deloitte şirkəti ilə uğurlu tərəfdaşlıq edir.
“Bank adından böyük qürur hissi ilə “Best Managed Companies” layihəsi çərçivəsində bu il uğur qazanan Azərbaycan şirkətlərini təbrik edirəm. Bu qalibiyyət sizin yeniliklərə açıq olduğunuzu və inkişafa sadiqliyinizi nümayiş etdirir. Əminəm ki, layihənin qalibləri ilə yanaşı, bütün iştirakçıların müsabiqə ərzində qazandıqları praktiki tövsiyələr və biliklər onlara öz fəaliyyətlərini daha da genişləndirməyə və ən əsası yeni işgüzar əlaqələr quraraq, beynəlxalq biznes mühitinə inteqrasiya etməyə kömək edəcək”, - deyə, Cavid Quliyev bildirib.
Deloitte Azərbaycanın İdarəedici partnyoru Nuran Kərimov bu müsabiqənin tərəfdaşlarına və iştirakçı şirkətlərə təşəkkürünü bildirərək, qeyd edib: “Azərbaycanda 20 ildən artıq dövr ərzində özəl və dövlət sektorunda təmsil olunan müştəri və tərəfdaşlarımızla milli sahibkarlığın güclənməsi üçün öz töhfəmizi verməkdəyik. Dünyanın ən böyük audit və konsaltinq xidmətləri göstərən firması olaraq biz, Azərbaycanın iqtisadi inkişafı istiqamətində üzərimizə düşən vəzifəni yaxşı anlayırıq. Hesab edirik ki, "Best Managed Companies" biznes müsabiqəsi Azərbaycan hökumətinin özəl sahibkarlığın inkişaf strategiyasına dəstək siyasətinə uyğun bir fürsətdir. "Best Managed Companies" proqramının mühüm özəlliyi şirkətin rəhbərinin fərdi nailiyyətini deyil, ümumi biznes nəticələrini və dayanıqlı inkişafı dəyərləndirir.”
Qeyd edək ki, “Best Managed Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30 il ərzində 46 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)



.jpg)








