Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib
Azerconnect Group-un Baş direktoru Emil Məsimov COP29 çərçivəsində keçirilən Biznes Forumda dayanıqlı innovasiya mövzusunda panel müzakirəsində iştirak edib. O, iqlim dəyişikliyi fonunda yeni texnologiyalar yolu ilə dayanıqlı gələcəyin qurulması mövzusunda çıxış edərək Azerconnect Group-un enerjiyə qənaət, bərpa olunan enerji mənbələrindən istifadə, zərərli tullantıların təkrar emalı və yaşıl biznes modeli istiqamətlərində şirkətin uğurlu təcrübəsini və əldə etdiyi nəticələri paylaşıb.
Belə ki, Azerconnect Group mobil rabitə şəbəkəsini optimallaşdıraraq enerji istehlakına təxminən 60% qənaət edir, bu da illik 53 min meqavattlıq yüksək göstərici deməkdir. Bundan başqa, pilot layihə olaraq, Azerconnect Group günəş enerjisi ilə çalışan baza stansiyası da öz dayanıqlılığını isbat edib. Elektron cihazların təkrar istifadəsini stimullaşdırmaq üçün isə Türkiyənin EasyCep şirkəti ilə faydalı əməkdaşlıq qurulub.
Azerconnect Group BMT-nin dayanıqlı inkişaf hədəflərinə və şirkətin gələcəyə yönəlik inkişaf strategiyasına uyğun olaraq bərpa olunan enerjidən istifadəni genişləndirməyi, yaşıl texnologiya innovasiyalarına sərmayə yatırmağı və elektron tullantıların azaldılması üçün təkrar emal səylərini artırmağı hədəfləyir.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)




.jpg)









