Beynəlxalq Enerji Agentliy qlobal neft bazarında kəsir proqnozşlaşdırır
Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə neftə tələbat artımı proqnozunu yenidən aşağı salıb. Lakin Agentlik 2024-cü ildə neft hasilatının 102 milyon barel/gün, neftə tələbin isə 103 milyon barel/gün olmaqla bazarda kəsir olacağını proqnozlaşdırır.Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən azaldıb - indi əvvəlki təxminlə müqayisədə gündəlik 140 min barel (barel/gün) aşağı olmaqla 1,1 milyon barel təşkil edir.
Marja.az xəbər verir ki, bu, Agentliyin hesabatında deyilir.
2025-ci ildə neftə tələbin artıması proqnozu builki proqnozu bir qədər üstələyərək 1,2 milyon barel/gün təşkil edəcəyi nəzərdə tutulur.
Beləliklə, 2024-cü ildə neftə tələbat 103 milyon barel/gündən bir qədər çox ola bilər.
Aprel hesabatında təşkilat bu il tələbatın artmasının gündəlik təxminən 1,2 milyon barel (martda olduğundan 130 min barel az), 2025-ci ildə isə 1,1 milyon barel artacağını gözləyirdi.
Agentlik qeyd edib ki, mülayim qış və aşağı sənaye fəaliyyəti fonunda əsasən Avropada yanacaqdan istifadənin azalması tələbatın azalmasına səbəb olub.
Apreldə qlobal neft hasilatı gündəlik 200 min barel azalıb
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, 2024-cü ilin aprel ayında qlobal neft hasilatı gündəlik 200 min barel azalaraq 102 milyon barel/gün olub, lakin ilin sonunda OPEC+-a daxil olmayan ölkələr hesabına rekord səviyyəyə yüksələcək.
Bununla belə, qlobal neft təklifi hələ də gündəlik 103 milyon barel olan tələb proqnozundan aşağı ola bilər.
Təşkilatın may hesabatında qeyd edilib ki, IEA 2024-cü ildə qlobal neft hasilatının gündəlik 580 min barel artaraq rekord həddə - 102,7 milyon barelə çatacağını gözləyir. Belə ki, qeyri-OPEC+ ölkələrindən hasilat gündəlik 1,4 milyon barel artacaq, OPEC+ isə könüllü ixtisarı qoruyub saxlayarsa, onu 840 min barel/gün azaldacaq.
Agentlik qeyd edib ki, gələn il qlobal neft bazarı qeyri-OPEC+ ölkələrində hasilatın artması hesabına daha tarazlaşacaq. IEA-ya görə, 2025-ci ildə OPEC+ tərəfindən hasilatın azaldılması davam etsə belə, qlobal neft hasilatı gündəlik 1,8 milyon barel artacaq, çünki OPEC+ üzvü olmayan ölkələr də neft hasilatını gündəlik 1,4 milyon barel artıracaqlar. Hesabatda qeyd edilir ki, ABŞ-da istehsal artımı yavaşlasa da, artımın əksəriyyəti ABŞ, Qayana, Kanada və Braziliyanın hesabına olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib


























