Avropa bankı 2024-cü ildə Azərbaycanda daha güclü iqtisadi artım proqnozlaşdırır
Bank Azərbaycanın 2024-cü il üçün ÜDM artımı proqnozunu 2,4 faizdən 3,1 faizə qaldırıb. Qeyd edilib ki, uğurlu dezinflyasiyadan sonra 2024-cü ilin martında illik inflyasiya 0,4 faizə düşüb. Risklər neft qiymətlərinin dəyişkənliyinə və geosiyasi vəziyyətə qarşı həssaslıqdan irəli gəlirAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son Regional İqtisadi Perspektivlər hesabatında Azərbaycanın iqtisadi artımının 2023-cü ilin ortalarından 2024-cü ilin birinci rübünə qədər sürətlə artdığı bildirilib.
Marja.az xəbər verir ki, Bank inflyasiya təzyiqləri azaldıqca, ölkənin iqtisadi artımı ilə bağlı proqnozunu 2024-cü ildə 3,1 faizə (keçən il proqnozlaşdırdığı 2,4 faizdən) yüksəldib. 2025-ci ildə artımın cüzi azalaraq 2,7 faiz olacağı gözlənilir.
Qeyd edilib ki, son artıma Avropanın Azərbaycanın neft və qazına olan tələbatının artması təsir etmişdir. Bununla yanaşı, dövlət sektoru xərcləri və investisiyaların da artması gözlənilir.
2023-cü ildə enerji qiymətlərinin yumşaldılması nəticəsində artım 1,1 faizə enmişdir və bu, neft və qaz ixracı gəlirlərinin təxminən 40 faiz azalmasına səbəb olmuşdur.
Ölkənin neft hasilatının azalmasına baxmayaraq, cari hesabın profisiti rahat səviyyədə qalıb, illik inflyasiya isə 2024-cü ilin mart ayında 0,4 faizə düşüb. İnflyasiyanın azalması Azərbaycanın Mərkəzi Bankına uçot dərəcəsini 7,5 faizə endirməyə imkan verib.
AYİB iqtisadçılarının fikrincə, Azərbaycan iqtisadiyyatı üçün əsas risklər neft qiymətlərindəki dalğalanmalara və regional geosiyasi vəziyyətə qarşı həssaslıqla bağlıdır.
AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank orada 189 layihəyə 3,75 milyard avrodan çox sərmayə qoyub və ölkəyə iqtisadiyyatını şaxələndirməyə və yaşıl iqlim hədəflərini dəstəkləməyə kömək edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 18 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib


























