KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq, məlumatlar ödənişsiz təqdim ediləcək
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub. Bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq olunub. Sözügedən əsasnamə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o cümlədən reyestrin aparılması qaydasını və buraya daxil edilməli olan məlumatların siyahısını müəyyən edir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına, istifadəçilər üçün rahatlığın təmin edilməsinə, həyata keçirilən prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcəkdir.
KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən subyektin adı, ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini tapacaq.
KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.
Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 34 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib























