Dərinsulu Günəşlidə hasilat yenidən bərpa edilib
bp Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında aprelin 25-dən başlayaraq 15 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilmiş və proqram vaxtından əvvəl uğurla başa çatmışdır.
Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş, platformanın hasilat və ixrac sistemləri artıq işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına inspeksiya, müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 3 saat sonra
-
-
18 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
18 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 19 saat əvvəl
-
23 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir













.jpg)








