Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş keçirilib.
Giriş sözü ilə çıxış edən İKTA sədri vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunmasıdır.
Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.
Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.
Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına səbəb olduğunu qeyd ediblər.
Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.
Görüşdə, həmçinin telekommunikasiya şəbəkələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri barədə də danışılıb.
Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonunda problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















