Hər hektarından 40 tonadək məhsul götürürlər
Ağstafa rayonunda fermerlər digər təsərrüfat sahələri kimi bostançılıqda da məşğul olurlar. Hazırda rayonda qarpız və yemiş əkilən sahələrdə yığım gedir.
Fermer Musa Musayev deyib: “Dörd hektar sahədə qarpız əkmişəm. Məhsul yığımına başlamışıq. Bir hektardan təqribən 40 ton məhsul götürürük. Aqrotexniki qaydalara riayət etmişik. Məhsul da göz qabağındadır. Gələcəkdə əkin sahələrini 10 hektara qədər genişləndirəcəyəm. Məhsulun satışında da heç bir problem yaşanmır. Elə sahədəcə satırıq”.
Əvvəllər qərb bölgəsinin bazarlarına respublikanın aran hissəsindən qarpız gətirilirdisə, indi bölgənin fermerləri bu məhsulla yerli bazarları təmin edirlər.
Aqronom Adıgözəl Heydanov bildirib ki, aqrotexniki qaydada qulluq apardıqları üçün bol məhsul yetişdiriblər.
Qarpız qərb bölgəsində mayın əvvəllərində əkilir və avqustun ortalarından toplanır. Havaların əlverişli keçməsi sahibkarların bol məhsul əldə edəcəklərindən xəbər verir. Torpaq mülkiyyətçiləri cari ildə rayonda 112 hektar bostan bitkisi əkiblər. Bir hektardan orta məhsuldarlıq isə 30-35 tondur. Qiymətlər də fermerləri qane edir. Hazırda yerli bazarlarda qarpızın bir kiloqramı 20 qəpikdən alıcılara təklif olunur.
© Qarpiz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb


















.jpg)






