"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
"2024-cü ilin ilk rübünü 14 milyon manata yaxın mənfəətlə başa vurduq. Bu, keçən ilin müvafiq rübündən və proqnozlaşdırılan rəqəmlərdən daha artıqdır. O ki qaldı, hədəflərimizə, bu ilin sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi planlayırıq".
Bunu Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Emil Duşdurov bildirib.
O, "hədəflərimizə, bu ilin sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi planlayırıq" deyərək belə davam edib: "Digər əsas maliyyə göstəricilərimizdə də uğurlu artımlar çoxdur. Ümumi kredit portfelimiz 803 milyon manata çatır, daha çox real sektoru maliyyələşdirmək hesabına biznes kredit portfelimiz də yarım milyard manatı keçib. İlin sonuna ümumi kredit portfelinin 20%-dək artacağını gözləyirik. Kiçik və orta biznesin kreditləşmə həcminin 15%-dən çox, mikrokredit portfelinin isə 25%-dən çox artmasını gözləyirik. Kredit verilişlərinin keçən illə müqayisədə 8% artacağını proqnozlaşdırırıq, bunun da 23%-i mikrokredit portfelinə düşür. Fürsət düşmüşkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Diqqətli izləyicilərimizin, jurnalistlərin və iqtisadçıların gözündən qaçmış olmaz, depozit portfelimizdə ilin sonu ilə müqayisədə bir qədər fərq yaranıb. Bu fərq bizim üçün gözlənilən idi, çünki bir neçə müştərimiz qısamüddətli məqsədləri üçün əmanət hesabları açmışdı. Maliyyə sferasında, xüsusən də böyük müştərilərlə işləyən banklarda müvəqqəti dövrlər üçün yaradılmış əmanətləri idarə etmək adi haldır. Uzun sözün qısası, bu hal ümumi maliyyə sabitliyimizə, müştərilərimizə və xidmət keyfiyyətimizə heç bir təsiri olmayacaq. Eyni zamanda, biz xərcləmələrimizə də nəzarət etməyi planlayaraq daha adekvat xərc-gəlir əmsalına çatmağı düşünürük".
Emil Duşdurov, "Bankın maliyyə ilinə mənfəətlə başlamasına töhfə verən amillər hansılardır?" sualına belə cavab verib:
"Qısa şərh etsəm, düzgün hazırlanmış strategiya, peşəkar komanda, müştəriyönümlü yanaşma, texnolji trendlərin tətbiqi deyərdim. Biznes modelimizin mərkəzində müştəri məmnuniyyəti və çeviklik durur. Nəticədə hər yeni xidmət və məhsulumuza çoxsaylı müştəri marağı yaranır. Əlbəttə ki, innovasiyasız bu, mümkün olmazdı. Bank əməliyyatlarını sadələşdirmək və xidmətləri təkmilləşdirmək üçün texnoloji həllərə böyük sərmayelər yatırırıq. Bu texnoloji üstünlüklər xərclərimizin optimallaşdırılmasına və gəlirliliyimizin artmasına təsirsiz ötüşmür. Güclü risk dəyərləndirməsi və davamlı monitorinq sistemlərini tətbiq etməklə, biz xərcləri minimuma endirməyə çalışırıq. Bu kompleks yanaşma ilə Bankımız son 5 ildə sağlam təməllər üzərində böyüyüb və bazar payını artırıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ



















.jpg)




